Sənan Qurbanov: "Bir qədər hay-küylü oyun oldu"

18:13 - 9 Fevral 2019

“Qəbələ” Azərbaycan Premyer Liqasının XVI turunda səfərdə “Sabah”ı 1:0 hesabı ilə məğlub edib. Oyundan sonra mətbuat konfransında iştirak edən qonaq komandanın baş məşqçisi Sənan Qurbanov fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, 39 yaşlı mütəxəssis komandasının oyunundan razı qaldığını bildirib:

 

- Səfər oyununda qələbə qazandıq. Bundan sonra daha məsuliyyətli olmalıyıq. Oyuna görə futbolçularıma təşəkkür edirəm. Sürətli oyun getdi. Uşaqlara verdiyimiz tapşırığın öhdəsindən gəldilər. Bir qədər hay-küylü oyun oldu. Əsas odur ki, qələbə qazandıq.

 

- Kənardan elə görünür ki, komandada oyun intizamı yoxdur.

- Elə deməzdim. Məşqlərdə etdiyimizi analiz edirik. Sadəcə, daha çox qələbə qazanmaq hissi bəzən səs-küyə gətirib çıxarır. Komandanın oyunundan razıyam.

 

- Bu gün çox aqressiv idiniz. Bunun səbəbi nə idi?

- İlk saniyədən sakitləşməyə çalışdım. Bizim üçün hər bir oyun vacibdir. Ona görə də bir qədər aqressiv oluruq.

Xəbər xətti