İki məşhur futbolçu mövsümün sonunda klubsuz qalacaq - RƏSMİ

12:40 - 25 Fevral 2019

Almaniyanın "Bavariya" klubu mövsümün sonunda Frank Riberi və Aryen Robben ilə yollarını ayıracaq.

 

Sportal.az xəbər verir ki, bu barədə məlumatı klubun prezidenti Uli Hoeness verib: "Robenlə müqaviləni yeniləməyəcəyik. Eyni sözləri Riberi üçün də keçərlidi. Lakin Frank böyük ehtimalla, bunu qəbul etməyəcək. Çünki yerimək imkanlarını itirənə qədər oynamaq istəyir".

 

Uli Hoeness hər futbolçu üçün mövsümün sonunda vida matçı keçirəcəklərini də bildirib.

 

Qeyd edək ki, Riberi 12, Robben 10 ildir "Bavariya"da çıxış edir.

Xəbər xətti