"Zirə"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XIX turunda evdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, 41 yaşlı mütəxəssis öncə matçı şərh edib:
“Deyiləcək çox şey yoxdu. Bizim adımıza ən pisi qolu özümüzün vurmağıdı. Hədindən artıq qazanmaq istəyirdik. Çox heyif ki alınmadı. Həmdinin oyuna girməyi, daha doğrusu, əvvəlcədən olmamağı bizə pis təsir edir. İki günlük məşqdən sonra onun bizə verə bilcəcəyi 25-30 dəqiqə var idi. Ancaq risk edib, oynatdıq. Bilal birə-birdə çox yaxşı oyunçudu. Qapanan komandaya qarşı faydalı olur. O da pis oyun göstərmədi. Bu gün xal itirməyimiz bizi çox üzdü.
Abasov Pərdis Fərcad-Azadın heyətdə olmaması barədə bunları deyib:
“Pərdisin heç bir səhvi yoxdu. Biz hücum xəttimizi iki oyunçuyla gücləndirmişik. Pərdisə demişdik ki, bizim planlarımza daxil deyilsən. onsuz da bir çox oyunçu sadəcə, məşq edir və maaş alır. Bizim onunla müqaviləmiz var. Ona ödəmə etmək borcumzudu. Əgər oyunçu özü bu durumdan razıdısa, bunu ondan soruşun”.
saytlarin hazirlanmasi