AFFA-nın növbəti Hesabat Konfransı keçirilir

09:56 - 4 Mart 2019

Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti Hesabat Konfransı keçiriləcək.

 

Sportal.az xəbər verir ki, "Hilton" otelində təşkil oluncaq tədbir saat 10:00-da başalayacaq. Əvvəlcə Hesabat Konfransı, Konfransdan dərhal sonra isə İcraiyyə Komitəsinin iclası olacaq.

 

Konfransın Gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

 

- Prezident tərəfindən salamlama;

- Yığıncağın tərkibinin yoxlanılması;

- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması;

- Maliyyə hesabatının təsdiq olunması;

- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq;

- Növbəti ilin büdcəsinin təsdiq olunması;

- Hər hansı vakant vəzifəyə seçkilər;

- AFFA üzvlərinin təkliflərinin qəbul olunması;

- Digər məsələlər.

Xəbər xətti