Yeniyetmə cüdoçularımız üç medal qazandı

13:08 - 4 Mart 2019

Gürcüstanın Bolnisi şəhərində cüdo üzrə yeniyetmə idmançıların beynəlxalq turniri keçirilib.

 

Bu turnirdə idmançılarımız üç medal qazanıb. 30 kq çəki dərəcəsində Fəxri Ədilov və 46 kq çəkidə yarışan Ismayıl Nəsibov qızıl medal qazanıb. Nihad Isgəndərli isə yarışı bürünc medalla başa vurub.

 

Xatırladaq ki, Fəxri Ədilov ilk yarışındaca erməni idmançını 10 saniyəyə məğlub, sonrakı görüşlərdə isə gürcü idmançılara qalib gələrək qızıl medala sahib çıxıb.

Xəbər xətti