Premyer Liqada oynamış futbolçu Region Liqasına yollandı

16:01 - 4 Mart 2019

Region Liqa təmsilçisi "FC Baku" növbəti transferini həyata keçirib.

 

Sportal.az xəbər verir ki, paytaxt klubu Qərib İbrahimovu heyətinə qatıb. "Turan", "Simurq" və AZAL kimi komandaların heyətində Premyer Liqa həyacanı yaşamış 30 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna kimi müqavilə bağlanılıb.

 

Təcrübəli futbolçu U-19 millimizin heyətində də meydana çıxıb.

 

Bundan əlavə, "FC Baku" Fərmayıl Əliyevlə Məhəmməd Əliyevi də rənglərinə bağlayıb.

Xəbər xətti