Azərbaycan Premyer Liqasının 20-ci turunda "Keşlə" "ASK Arena"da "Sabah"ı qəbul edəcək.
Sportal.az xəbər verir ki, hər iki komandanın heyətində cəzalı futbolçular var. "Keşlə"nin heyətində cari mövsüm Premyer Liqada beş qol vuran Amil Yunanov oynamayacaq. Buna səbəb 26 yaşlı hücumçunun son turda "Qarabağ"a qarşı matçda sarı vərəqə limitini doldurması olub. Milli üzvü cari mövsüm dördüncü dəfər sarı vərəqə almaqla cəzalı duruma düşüb.
"Sabah"da isə iki futbolçu cəzalıdır. "Neftçi" ilə qarşılaşmada Rəşad Eyubovla Novruz Məmmədov sarı vərəqə limitlərini doldurublar.
Qeyd edək ki, "Keşlə" - "Sabah" matçı martın 9-da baş tutacaq. Görüşün start fiti 16:00-da səslənəcək.
saytlarin hazirlanmasi