Almaniya Bundesliqasında 25-ci turun görüşləri keçirilir.
Sportal.az xəbər verir ki, "Bayern" evdə "Volfsburq"u 6:0 hesabı ilə darmadağın edib.
"Bayern"lə Dortmund" "Borussiya"sı 57 xalla Bundesliqanın turnir cədvəlində ilk iki pilləni bölüşürlər. "Leyptsiq"lə "Borussiya Münhenqladbax" 46 xalla 3-4-cü yerlərdə qərarlaşıblar. 39 xalı olan "Volfsburq" 7-ci sırada qərarlaşıb.
"Bayern" - "Volfsburq" - 6:0
Qollar: Serj Qnabri, 34, Robert Levandovski, 37, 85, Hames Rdoriqes, 52, Tomas Müller, 76, Yozua Kimmix, 82
saytlarin hazirlanmasi