Almaniya Bundesliqasının 25-ci turunda "Hannaover" Leverkuzen "Bayer"ini qəbul edib.
Sportal.az xəbər verir ki, oyunda ilginc hadisə baş verib. Belə ki, meydan sahiblərinin hücumçusu Qenki Haraquçi hesab 0:2 olarkən epizodların birində qapıçını da aldadaraq, topu boş qapıya göndərib. Lakin qarlı hava şəraiti topun sürətini zəiflədib. Top qapı xəttinə çatanda dayanıb və rəqib müdafiəçi də təhlükəni sovuşdurub.
Oyunda isə qonaqlar 3:2 hesabı ilə qalib gəlib.
saytlarin hazirlanmasi