Bu gün AFFA-nın İntizam Komitəsi keçirilib.
Sportal.az xəbər verir ki ki, keçirilən iclasında Topaz Premyer Liqasının 21-ci turu ilə bağlı qərarlar qəbul olunub.
Topaz Premyer Liqasının XXI turunun “Sabah” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
Oyunun 29-cu dəqiqəsində “Sabah” klubunun 9 №-li futbolçusu Marko Deviç ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
Topaz Premyer Liqasının XXI turunun “Zirə” – “Keşlə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
saytlarin hazirlanmasi