Vüqar Məmməd: "Komandamız final mərhələsinə layiq idi"

17:14 - 23 Mart 2019

Avropa çempionatının elit-raund mərhələsində bu gün İrlandiya yığması ilə qarşılaşan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi 1:3 hesabı ilə məğlub olub. Bu nəticədən sonra millimizin final mərhələsinə yüksəlmək şansları qalmayıb.

 

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Vüqar Məmməd fikirlərini bölüşüb:

 

"Bu gün Avropanın ən güclü komandalarından biri ilə oynadıq. Rəqib istər fiziki, istər taktiki baxımdan çox bacarıqlı komanda idi. Uduzmağımıza baxmayaraq, bu futbolçularla gələcəkdə yaxşı işlər görmək olar. Sadəcə, hər biri ayrı-ayrılıqda öz üzərində çox çalışmalıdırlar. Futbolçularıma bu oyunda göstərdikləri əzmkarlığa görə təşəkkür edirəm. Final mərhələsinə şansımızı itirdiyimizə görə çox məyusuq. Bu komanda final mərhələsinə layiq komanda idi, azacıq diqqətsizliyə görə bu gün məğlub olduq. İrlandiya millisini təbrik edirəm. Hakimliklə bağlı danışmamaq barədə özümə söz vermişəm".

Xəbər xətti