"Qəbələ" hazırlığını paytaxtda davam etdirir

22:01 - 23 Mart 2019

“Qəbələ” Topaz Premyer Liqasında yaranmış fasilə dövründə hazırlığını davam etdirir.

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” məşqlərini Bakıda gerçəkləşdirir. Sənan Qurbanovun çalışdırdığı komanda hazırlıqları paytaxtdakı Biləcəri Futbol Mərkəzində reallaşdırır. Futbolçular məşq prosesində əsasən toplu çalışmalar yerinə yetirirlər. Azərbaycanın U-21 və U-19 milli komandalarına dəvət alan oyunçular məşq prosesinə qatılmayıb. Bunlar Murad Popov, Amin Seydiyev, Rüstəm Nuriyev, Rövlan Muradov və Samir Qurbanovdur.

 

“Qəbələ” fasilə dövründə yoxlama oyunu keçirəcək. Komandamız martın 25-də “Sumqayıt”la görüşəcək. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutacaq matç saat 16:00-da start götürəcək.

Xəbər xətti