AÇ-2019-un elit-raund mərhələsində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının yer aldığı 1-ci qrupda 2-ci tura yekun vurulub.
Sportal.az xəbər verir ki, Rusiya millisi Rumıniya ilə 0:0 hesablı heç-heçə edib. Bu nəticədən sonra 6 xalı olan İrlandiya final mərhələsinə vəsiqə qazanıb.
Rusiyanın 2, Rumıniya və Azərbaycan millilərinin 1 xalı var. Elit-raundun 3-cü turunda Azərbaycan - Rumıniya, Rusiya - İrlandiya oyunları baş tutacaq.
Qeyd edək ki, final mərhələsinin oyunları iyul ayında Ermənistanda keçiriləcək.