"Sabah" Region Liqasında mübarizə aparan klubla heç-heçə etdi

18:11 - 24 Mart 2019

Milli komandaların oyunlarına görə Azərbaycan Premyer Liqasında yaranan fasilədən istifadə edən "Sabah" klubu yoxlama oyununda qüvvəsini sınayıb. 

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Region Liqasında mübarizə aparan "Baku" klubu ilə üz-üzə gəlib.  "Əlincə Arena"da baş tutan oyun 1:1 hesablı bərabərliklə başa çatıb. "Sabah"ın heyətində qolu 11 metrlik cərimə zərbəsindən Rəşad Eyubov vurub. 

 

Qeyd edək ki, "Sabah" Azərbaycan Premyer Liqasının XXII turunda səfərdə "Qəbələ" ilə üz-üzə gələcək. 

Xəbər xətti