Litva millisinin üzvü Paulius Qolubitskas Azərbaycanla yoldaşlıq oyunundan sonra yerli federasiyanın rəsmi saytına açıqlama verib.
Sportal.az xəbər verir ki, 0:0 hesabı ilə başa çatan matç barədə fikirlərini bölüşən 19 yaşlı futbolçu yaxşı oynadıqlarını söyləyib:
"Yaxşı oyun keçirdim. Müsbət nəticə qazandığımıza görə sevinirəm. Elə də çox həyəcan olmadı. Həm Lüksemburq, həm də Azərbaycanla oyunlarda ilk 5-10 dəqiqədən sonra həyəcan keçdi. Baş məşqçinin əsas tapşırığı müdafiədə etibarlı oynamaq idi. Bizim isə hətta qol vurmaq üçün də şansımız oldu".
saytlarin hazirlanmasi