Deyan Lovren: "Azərbaycan və Macarıstanla oyunlar bizə dərs olmalıdır"

15:13 - 27 Mart 2019

"Azərbaycan və Macarıstanla oyunlar bizə dərs olmalıdır. Bu, bir daha göstərdi ki, keçmişlə yaşamamalıyıq".

 

Sportal.az xəbər verir ki, bu sözləri AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə birgə E qrupunda yer alan Xorvatiya yığmasının futbolçusu Deyan Lovren ilk iki turun oyunlarını dəyərləndirərkən deyib.

 

29 yaşlı müdafiəçi son dünya çempionatının finalçısı kimi oynamadıqlarını bildirib: "Hər iki matçda dünya çempionatında sərgilədiyimiz oyunu oynaya bilmədik. Xoşbəxtlikdən vəziyyəti düzəltmək üçün qarşıda kifayət qədər oyunlarımız var".

 

Qeyd edək ki, seçmə mərhələnin ilk turunda millimiz üzərində çətin qələbə (2:1) qazanan Xorvatiya yığması 3 gün sonra səfərdə Macarıstana 1:2 hesabı ilə uduzub.

Xəbər xətti