"Qəbələ"nin aparıcı futbolçusu "Sabah"a qarşı oynayacaq?

12:19 - 28 Mart 2019

"Qəbələ"nin futbolçusu Voislav Stankoviç zədəsini sağaldıb. 

 

Sportal.az xəbər verir ki, uzun müddətdir zədədən əziyyət çəkən təcrübəli futbolçu artıq məşqlərə başlayıb. Serbiyalı müdafiəçinin qarşıdakı oyunda komandasına kömək edib-etməyəcəyi məşqçilərin korpusunun qərarından asılı olacaq. Baş məşqçi Sənan Qurbanov zədədən yeni qayıdan futbolçu ilə bağlı risk etmək istəmir. 

 

Qeyd eədk ki, "Qəbələ" Azərbaycan Premyer Liqasının XXII turunda doğma meydanında "Sabah"ı qəbul edəcək.  Görüş aprelin 1-də keçiriləcək. 

Xəbər xətti