"Xorvatiya ilə oyundan sonra Nikola Yurçeviçlə danışmamışam. Çünki son günlərdə hər ikimizin üzərinə düşən öhdəliklərin yerinə yetiirilməsiylə məşğul idik və vaxt yox idi".
Sportal.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının xorvatiyalı sabiq baş məşqçisi Robert Prosineçki deyib.
Millisinin AVRO-2020-nin seçmə mərhələsinin ilk turunda yığmamızı çətinliklə məğlub etdiyi oyun haqda fikirlərini bildirən təcrübəli çalışdırıcı Macarıstana məğlubiyyəti də şərh edib: "Hər iki matçda özümüzə bənzəmirdik. Bilirsiniz, necədi, qalib gələndə sən ən yaxşı, uduzanda isə ən zəif olursan. İndiki vəziyyət də buna bənzəyir. Macarıstanda uduzduq, çünki bizə elə gəlirdi ki, 3 xal qazanmaq asan olacaq. Macarlar həm öz aqressivliyi, həm də oyun keyfiyyəti ilə təəccübləndirir. Bu da onu göstərir ki, hər bir komandaya qarşı maksimum dərəcədə ciddi oynamalısan. Əlbəttə, dünya ikincisi olmağımız digər rəqibləri narahat edir. Bəli, Rusiyada olanlar əla idi, amma artıq başa düşməliyik ki, bu, yeni turnirdir".
Səhhətinə də toxunan Prosineçki növbəti dəfə əməliyyat olunacağını bildirib: "Bir neçə gündən sonra üçüncü dəfə əməliyyat olunmalıyam. Bundan sonra Zaqrebdə, yoxsa Sarayevoda qalacağıma qərar verəcəyəm. Hazırda səhhətimlə bağlı hər şey qaydasındadır. Özümü yaxşı hiss edirəm, problemlər geridə qaldı. Amma yenə də bu prosedurlardan keçməliyəm".
saytlarin hazirlanmasi