AFFA-nın Litva ilə heç-heçəyə görə (0:0) millinin hər üzvünə 5000 manat mükafat ayırması ictimaiyyətdə narazılıqla qarşılanıb. Qurumun mükafat məsələsində birmənalı siyasət yürütmədiyi qənaətinə gəlməkçün müxtəlif informasiyalar var. Onlardan biri də Millətlər Liqasında qələbələrə görə 30.000 manat mükafat nəzərdə tutulsa da, vədə əməl edilməməsidir. Bu haqda xəbərə münasibət öyrənmək mümkün olmamışdı, lakin sonradan AFFA-nın İctiamiyyətlə Əlaqələr Departamentinin rəisi Firuz Abdulla redaksiyamızla əlaqə saxlayıb, həmin məqama aydınlıq gətirdi.
- Millətlər Liqasında qələbəyə görə 30 min manat mükafat nəzərdə tutulsa da, qələbələrdən sonra mükafatlar verilməyib. Bu informasiya nə dərəcədə həqiqəti əks etdirir?
- Millidə mükafat mövzusunda hər hansı rəqəmin açıqlanması halı indiyədək olmayıb. Bunu etik baxımdan doğru hesab etmirik deyə. Lakin futbolçulardan bu haqda açıqlama vermək istəyənlərə də hansısa qadağa qoyulmayıb. Qaldı ki Millətlər Liqasında qələbəyə mükafatların verilməməsinə, doğru məlumatdır. Bu da qarşıya qoyulan məqsədə - qrupdan çıxmağa müvəffəq olunmadığı üçün.
Məbləğ barədə rəsmi məluma olmasa da, mükafatın verilməməsi təsdiqini tapdı. Lakin bir qaranlıq məqam yaranır. Kosovo ilə qrupun son oyunundan əvvəl Bakıda Farer adaları üzərində qələbənin mükafatı niyə verilməyib? Çünki Kosovo ilə oyunda qələbə qazanılsa, milli qrupdan çıxa bilərdi. Həm millinin qarşısında liqanın qrupundan çıxması haqda tələbin qoyulması haqda rəsmi məlumat yoxdur. Məsələ ətrafında müəyyənələşməli detallar çoxdur.
Qurum rəsmisi bildirir ki, millidə mükafat sisteminin tətbiqində hər hansı narazılıq halı yaşanmayıb: "Nazarovun mükafatı israrla istəməsi barədə məlumat həqiqəti əks etdirmir. Onun bu barədə quruma rəsmi müraciəti olmayıb" (Futbolpress.az).
saytlarin hazirlanmasi