"Bayern"də qalmaqal: Levandovski və Koman əlbəyaxa oldu

18:49 - 11 Aprel 2019

Almaniyan Bundesliqasının lideri "Bayern"in son məşqində qalmaqal baş verib.

 

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, komandanın iki üzvü - Robert Levandovski və Kinqsli Koman əlbəyaxa olub. Sözlü mübahisə zamanı Levandovski gənc futbolçuya xəbərdarlıq etsə də, Koman sərt cavab qaytarıb. Bundan sonra hər iki oyunçu yumruqları işə salıb. Futbolçuları Nikolas Zyule və Jerom Boatenq ayırıb.

 

Münhen klubunun baş məşqçisi Niko Kovaç isə Komanla Levandovskini paltardəyişmə otağına göndərməyib və məşqdə saxlayıb. Onun bu qərarı komandanın digər üzvlərini təəccübləndirib.

Xəbər xətti