Fransanın "Marsel" klubundan ayrılan Mario Balotelli gələcəyi barədə danışıb.
Sportal.az xəbər verir ki, 28 yaşlı forvard gələcəyi ilə bağlı qərar vermədiyini deyib:
"Hələ qərar verməmişəm. Agentimlə danışmamışam. Əvvəlcə istirahət etmək istəyirəm".
Balotelli İtaliyanın "Parma" klubunda oynamaq ehtimalından danışıb:
"Parma"da oynamaq mənim üçün şərəf olar".
Ötən mövsümü "Nitsa" və "Marsel"də keçirən 28 yaşlı italiyalı hücumçu 25 oyuna 8 qol vurub, 1 assist edib.
saytlarin hazirlanmasi