İtaliyanın "Roma" klubunun yeni baş məşqçisi bəlli olmaq üzrədir.
Sportal.az "Sky Iitalia"ya istinadən xəbər verir ki, paytaxt klubu Ukraynanın "Şaxtyor" klubunu çalışdıran Paulu Fonseska ilə danışıqlar aparıb. Portuqaliyalı mütəxəssis illik 2,5 milyon avroluq maaş təklifini qəbul edib.
Fonseska ilə anlaşan "Roma" Donetsk təmsilçisi ilə danışıqlara start verib. "Canavarlar" 46 yaşlı mütəxəssisin 5 milyon avroluq sərbəst qalma qiymətini aşağı salmağa çalışır.
Məlumata görə, Fonseska klub rəhbərliyindən "Roma"ya getmək istədiyini xahiş edib. Təyinatın yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.
Fonseska 2016-cı ildən "Şaxtyor"u çalışdır.
saytlarin hazirlanmasi