Türkiyəli futbolçu İtaliya klubundan ayrıldı

17:28 - 7 İyun 2019

Türkiyəli futbolçu Salih Uçan İtaliyanın "Empoli" klubundan ayrılıb.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi "instagram" hesabında bu barədə məlumat yayıb.

 

"Fənərbaxça" Salihi "Empoli"yə Miha Zaytsın transferində vermişdi. 

 

Uçan "Empoli"də 14 oyuna 1 qol vurub, 1 assist edib. Komanda B Seriyasına düşdüyü üçün Türkiyə millisinin üzvü ayrılmağa qərar verib.

Xəbər xətti