İtaliyanın "Roma" klubunun hücumçusu Edin Ceko "İnter"lə anlaşdığı barədə yayılan xəbərlərə münasibət bildirib.
Sportal.az xəbər verir ki, 33 yaşlı hücumçu yekun qərarını istirahət etdikdən sonra verəcəyini deyib:
"Hələ "Roma"nın futbolçusuyam. Uzun mövsümün ardından istirahətə çıxıram. Sonra qərarımı görəcəksiniz".
İtaliya mətbuatı Bosniya və Herseqovinalı futbolçunun "İnter"lə 2 illik müqavilə bağlayacağını yazıb.
"Roma" Cekonu 2016-cı ildə "Mançester Siti"dən 11 milyon avroya transfer edib. O, "canavarlar"da 179 oyuna 87 qol vurub, 38 assist edib.
saytlarin hazirlanmasi