Stramaççioni İran klubunda

10:54 - 14 İyun 2019

İtaliyalı baş məşqçi Andrea Stramaççioninin yeni iş yeri müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 43 yaşlı mütəxəssis İranın “İstiqlal” klubunun baş məşqçisi təyin edilib. Tehran təmsilçisinin saytı Stramaççioni ilə 2 illik müqavilə imzalandığını bəyan edib. Onun illik maaşı 1,6 milyon avro olacaq.

 

Stramaççioni daha öncə "İnter", "Udineze", "Panatinaikos" və "Sparta" (Praqa) klublarını çalışdırıb.

Xəbər xətti