İtaliya millisinin sabiq müdafiəçisi Alessandro Nestanın yeni iş yeri müəyyənləşib.
Sportal.az xəbər verir ki, 43 yaşlı mütəxəssis İtaliya B Seriyasında mübarizə aparan "Frozinone" klubunun baş məşqçisi təyin edilib. Nestayla 2 illik müqavilə imzalanıb.
"Latsio" və "Milan"ın sabiq futbolçusu bu vəzifədə Marko Baronini əvəzləyib.
Nesta daha öncə "Mayami" və "Perucia" klublarını çalışdırıb.
saytlarin hazirlanmasi