Omar Momani Azərbaycan millisi ilə bağlı karikatura çəkdi - FOTO

21:44 - 3 Sentyabr 2020

Məşhur karikaturaçı Omar Momani Azərbaycan millisi ilə bağlı karikatura çəkib.

 

Sportal.az xəbər verir ki, iordaniyalı rəssam yığmanın Millətlər Liqasında Lüksemburqla oyunu barədə əsər hazırlayıb və sosial şəbəkə hesabında paylaşıb:

 

"Azərbaycan ilk rəqibi ilə görüşməyə hazırlaşır. Canni De Byazinin komandası turnirə necə başlayacaq?"

 

Sentyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Lüksemburq oyunu saat 20:00-da başlayacaq.

 

Xəbər xətti