Maksim Medvedev: "Bu, peşəkar futbolçuya yaraşan hərəkət deyil"

17:45 - 4 Sentyabr 2020

Millətlər Liqasının I turunda keçiriləcək Azərbaycan – Lüksemburq oyunundan öncə keçirilən yığmamızın futbolçusu Maksim Medvedevin mətbuat konfransı təşkil olunub.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı müdafiəçi jurnalistlərin suallarını cavablandırıb

 

- Sənin də üzvü olduğun “Qarabağ”ın futbolçuları sıx qrafiklə oynayır. Sabahkı oyuna hazırlıq necədi?
- Ola bilər ki, qrafik sıxdı. Ancaq indi milli komandanın düşərgəsindəyik. Özümüzə gəlmək üçün vaxt var idi. Gündə iki dəfə məşq edirdik. Yeni baş məşqçimiz var, çox şeyin üstündə çalışmalıyıq. Qısa zamanda ən doğrusunu verməyə çalışıb. Yeniliklərlə çalışdıq. 30 yaşım var, təcrübəli oyunçuyam, belə qrafikdən necə çıxmağın yolunu bilirəm. Sabah meydana çıxıb 90 dəqiqə mübarizə aparmağa hazıram.

 

- Dünən xəbər yayılmışdı ki, futbolçular baş məşqçinin yükləmələrindən narazıdı...
- Heç bir futbolçu narazlığını bildirməyib. Bu, peşəkar oyunçuya yaraşan hərəkət deyil. Baş məşqçi təcrübəli mütəxəssisdi. Ola bilər ki, gündə 3 məşq edək, ancaq müddəti az olsun. Komandanın oyun problemləri var və bunları aradan qaldırmaq üçün məşqlərə ehtiyac var idi. Ancaq fiziki məşqlər etməmişik ki, kimsə narazılıq etsin. Futbolçularla da bu məsələni müzakirə etmişik. Belə bir şey yoxdu. Yayılan məlumatlar həqiqəti əks etdirmir.

 

- “Qarabağ”ın heyətində Lüksemburq klublarına qaşrı çox oynamısan. Bu ölkənin yığması ilə klublarını necə müqayisə edə bilərsiz?
- Lüksemburq millisi və klubları çox fərqlidi. Millidə yerli çempionatda çıxış edən oyunçular azdı, əksəriyyəti ölkə xaricində çıxış edirlər. Klubla millini müqayisə etmək olmaz. Rəqibi analiz etmişik və oyuna hazırıq.

 

- Bu baxımdan bizim hamımızdan zəif olduğumuzu demək olar?
- Sözümdən belə çıxmır. Futbolçularımızın zəif olduğunu demirəm. Bizdə elə futbolçu var ki, “Qarabağ”da oynayır və bu komandanın heyətində güclü komandalara qarşı mübarizə aparır. Ona görə də biz deyə bilmərik ki, Azərbaycan çempionatında oynadığımız üçün kimdənsə zəifik.

Xəbər xətti