UEFA Millətlər Liqası çərçivəsində sabah Bakıda Lüksemburq yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının bu gün Bakı Olimpiya Stadionunda açıq məşqi olub.
Sportal.az xəbər verir ki, məşqdən əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının heyəti ilə görüşüb. AFFA prezidenti millimizə UEFA Millətlər Liqasında keçirəcəyi oyunlarda uğurlar arzulayıb.
Millinin baş məşqçisi Canni De Byazi AFFA rəhbərliyinə təşəkkürünü bildirib. Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və icraçı vitse-prezidenti Elxan Məmmədov iştirak edib.
saytlarin hazirlanmasi