Azərbaycan yığması Millətlər Liqasının 2020/21 mövsümündə ilk oyununa çıxıb.
Sportal.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi komanda Bakı Olimpiya Stadionunda Lüksemburqu qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu, italiyalı mütəxəssisin millidə debütü olub.
Millətlər Liqası, 2020/221 mövsümü, ilk tur
5 sentyabr
C Liqası, I qrup
20:00 Azərbaycan – Lüksemburq - 1:2
Qollar: Ramil Şeydayev, 43 - Anton Krivotsyuk, 48 (avtoqol), Jerson Rodriqeş, 73 (pen.)
Qırmızı vərəqə: Mahir Emreli, 25 (Azərbaycan)
Hakimlər: Kris Kavana, Daniel Riçard Kuk, Sian Massey, Pol Tirni
Bakı Olimpiya Stadionu.
saytlarin hazirlanmasi