Kipr - Azərbaycan: təyinatlar açıqlandı

13:53 - 5 Sentyabr 2020

Millətlər Liqasının 2-ci turunda keçiriləcək Kipr- Azərbaycan oyununun hakimləri müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, qarşılaşmanın baş hakimi slovakiyalı Filip Qlova olacaq. Ona yerliləri Peter Bednar və Frantişek Ferents kömək edəcək. Dördüncü hakimi funksiyasını Boris Marhefka yerinə yetirəcək.

 

Hakim-inspektor Andreas Şluxter (İsveçrə), UEFA nümayəndəsi isə Mirsini Psarropoulou (Yunanıstan) olacaq.

 

Nikoasiyadakı GSP stadionunda keçiriləcək Kipr – Azərbaycan oyunu sentyabrın 8-də Bakı vaxtı ilə 22:45-də start götürəcək.

Xəbər xətti