"Vulverhempton" 40 milyona 18 yaşlı hücumçu aldı

19:09 - 5 Sentyabr 2020

İngiltərənin "Vulverhempton" klubu "Portu"nun mərkəz hücumçusu Fabiu Silvanın transfer edib.

 

Sportal.az xəbər verir ki, "canavarlar" bu keçid üçün 40 milyon avro təzminat ödəyib. 18 yaşlı futbolçu ilə uzun müddətli müqavilə imzalanıb.

 

Bu keçid Premyer Liqa təmsilçisinin tarixində ən bahalı transferdir. Portuqaliyalı futbolçu "Portu"nun yetirməsidir.

 

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov "Vulverhempton"un üzvüdür. Klub 21 yaşlı futbolçunu İsveçrənin 2-ci liqa təmsilçisi "Qrasshopers"ə icarəyə verib.

Xəbər xətti