Millətlər Liqasının 1-ci turunda evdə Lüksemburqa 1:2 hesabı ilə uduzan Azərbaycan millisinin hücumçusu Ramill Şeydayev açıqlama verib.
Sportal.az xəbər verir ki, millinin yeganə qolunu vuran 24 yaşlı futbolçu oyundan narazı qaldığını deyib:
"Nə öz, nə də komandanın oyunundan razıyam. Bilirəm ki, çox pis oynadıq. İndi bu qarşılaşmanı unudub, analiz edib, növbəti matçlara köklənməliyik. Nə etmək olar? Çox üzgünük".
saytlarin hazirlanmasi