Azərbaycan yığması Millətlər Liqasının 1-ci turunda evdə Lüksemburqa 1:2 hesabı ilə uduzub.
Sportal.az xəbər verir ki, "Xəzər" televiziyasının aparıcısı Ceyhun Rzayev "Facebook" hesabında millinin məğlubiyyəti barədə fikirlərini bölüşüb:
"Yığmanın 4-4-2 taktiki sxemi ilə oynaması yadıma gəlmir. Canni De Byazi Azərbaycana gec gəldi. Son tsiklin bütün oyunlarına baxıb, yəqin. 4-4-2 harada gördü? Hazırlıq üçün çox vaxt olsa, yoldaşlıq oyunlarında yeni sxemi sınaqdan keçirib Lüksembura qarşı tətbiq etmək olar. Amma belə yox da.
Deyir, topla davranmaqda problem yaşadıq, futbolçulara bu qədər geriyə ötürmə verməyi tapşırmamışdım. Sən Qara Qarayevin yanında Elvin Camalovu oynadırsansa, pasların əksəriyyəti yana və geriyə olacaq. İrəli oynamaq istəyən məşqçi Qaranın yanına Emini qoyardı.
Mahir Emreli çox məsuliyyətsiz davrandı. Rəqibi vurmaq nədi? Olmaz belə! Şıltaqlıqdan əl çək, böyü artıq. Mahirin "qırmızı"sına qədər Lüksemburq bizi müdafiədə oturmağa məcbur etdi. Müdafiədə oturmadıq a, otuzdurulduq. Bizim futbolçular mərkəzdə 3 nəfərlə oynamağa öyrəşib. 4-5-1 sxemi iliyimizə işləyib, doğmalaşıb
Hücumda Mahir-Ramil tandemi, yarımmüdafiənin də cinahlarında Namiqlə Təmkin. Namiqlə Təmkin tipik cinah oyunçularıdır, mərkəzə düşməyi sevmirlər. Belədə rəqib Elvinlə Qaraya böyük təzyiq etdi mərkəzdə, bacarmadıq. Mərkəzi uduzan komandanın qalib gəlməsi nadir hallarda olur.
De Byazi deyir, rəqib 2 hücumçuya keçdiyi üçün üçüncü stopperi buraxdım. Üçüncü stopper elə meydanda əlinin altındaydı - Krivotsyuk. Millidə və klubunda dəfələrlə üçlü müdafiənin solunda çıxış edib.
Araz Abdullayev martdan bəri ancaq dırdır oynayıb. Ramili niyə tez əvəzlədin? Kapitanımız məğlubiyyətdən sonra ölkəyə "Hollivud gülüşü"nü göstərir.
Əsgər Abdullayevi Naxçıvandan gətirib texniki zonada otuzdursaq, bundan bərbad start heyəti qurub, əvəzləmələr etməzdi".
saytlarin hazirlanmasi