Millətlər Liqasının 1-ci turunda Lüksemburqla matçda (1:2) fərqlənən Ramil Şeydayev yığmada qollarının sayını 5-ə çatdırıb.
Sportal.az xəbər verir ki, o, buna 27-ci oyununda nail olub. 24 yaşlı hücumçu Nazim Süleymanov, Vyaçeslav Lıçkin, Vidadi Rzayev, Fərrux İsmayılov, Rəşad Sadıqov, Əfran İsmayılov və Rüfət Dadaşova çatıb.
Yığmada ən çox qol vuran futbolçu Qurban Qurbanovdur - 14. Vaqif Cavadov 2-ci (9 qol), Dmitri Nazarov 3-cüdür (8 qol).
saytlarin hazirlanmasi