Milan Obradoviç: "Bəzi futbolçular rəqibin nüfuzundan çəkinirdilər"

00:10 - 8 Sentyabr 2020

Azərbaycan U-21 millisinin baş məşqçisi Milan Obradoviç AÇ-2021-in seçmə mərhələsində Fransa yığması ilə oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, serbiyalı mütəxəssis 1:2 hesablı məğlubiyyəti şərh edib:

 

"Bizim üçün çox maraqlı və çətin oyun oldu. Rəqib keyfiyyətli futbolçulara sahibdir və çox yaxşı oyun göstərdi. Amma bu oyun üzərində işləməli olduğumuz çox məqamları göstərdi. Matça müəyyən səbəblərdən 7-8 oyunçunu çağıra bilmədim. Koronavirus pandemiyası buna mane oldu. Üstəlik, bir sıra futbolçumuz əsas komandaya dəvət aldılar. Lakin bu, futboldur. Əlimizdəkilərdən maksimum yararlanmağa və maksimum performans nümayiş etdirməyə çalışdıq. Məşqdən sonra bəzi futbolçular müəyyən qədər rəqibin nüfuzundan çəkinirdilər. İlk yarıda topu tez-tez itirir, topu saxlamaqda çətinlik çəkirdik. İkinci hissədə daha yaxşı oyun göstərdik. Risk edərək iki hücumçu ilə oynadıq. Amma yenə də xal qazanmağa gücümüz çatmadı. Bütün oyunçularıma minnətdaram. Onlara bildirdim ki, üzərində işləməli olduğumuz işlər çoxdur".

Xəbər xətti