Norveç hökuməti UEFA-nın Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ" - "Molde" matçı üçün etdiyi müraicəti müsbət cavablandırmayıb.
Sportal.az xəbər verir ki, "Molde" Azərbaycandan qayıtdığı halda 10 gün karantinə alınacağını əsas gətirərək, UEFA-dan matçın neytral meydanda keçirilməsini istəyib. Qitə qurumu Norveç hökumətinə müraicət edərək, "Molde" klubuna güzəşt etməsini istəyib.
Ölkənin Pakistan əsilli mədəniyyət naziri Abid Raca UEFA-nın müraicətinə müsbət cavab vermədiklərini bildirib: "Təəssüf ki, "Molde" üçün "Qarabağ"la oyundan əvvəl karantinlə bağlı xüsusi istisna gələn həftənin sonuna qədər olmayacaq. Bununla bağlı Norveç Futbol Federasiyasına və "Molde"yə fəaliyyətlərini buna görə qurmalı olduqlarını bildirdim. Yəni, UEFA-nın reqlamentinə uyğun olaraq görüş neytral meydanda keçirilməlidir".
"Qarabağ" - "Molde" matçının sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsi planlaşdırılır.
saytlarin hazirlanmasi