Futbol veteranları top oyununun ölkəmizdəki durumundan narazıdı. Milli komandanın Lüksemburqa məğlubiyyətindən sonra onlar yenidən səsini ucaltmağa başlayıb.
Tanınan məşqçi Nadir Qasımov sport7.az saytına açılamasında veteranların bir araya gəlməli olduğunu deyib: un işlə təmin olunmaları ilə bağlı veteranlara verdiyi sözün üstündə durmadığını dedi: “Bir neçə ay əvvəl Oqtay Abdullayevin rəhbərlik etdiyi veteranlar cəmiyyətinin konfransı keçirildi. Həmin vaxt AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov da iclasa gəldi. Belə başa düşürəm ki, bu gün AFFA-da bütün işləri aparan Elxan Məmmədovdu. Həmin iclasda Elxan müəllim söz verdi ki, veteranların klublarda işlə təmin olunması məsələsini qaldıracaq. Ancaq məsələ elə də qalıb. İndi, veteranlarla birlikdə yığışıb Oqtay Abdullayevə müraciət etmək qərarına gəlmişik. İclas keçirilsin, bizi də dəvət etsinlər və fikirlərimizi deyək. Niyə futbolumuz bu gündədi, əyalətlərdə inkişaf yoxdu? Niyə bizi, yəni, yaşlı məşqçiləri kənara atıblar, dinləmək istəmirlər? Bilsinlər ki, bu gün bizlər də qollarımızı çırmalayıb futbolumuza xidmət etmək istəyirik. Ona görə də Oqtay müəllimə müraciət ünvanlayacağıq”.
Nadir bəyin futbolumuzun bu durumuna etiraz etməyən, AFFA-da vəzifə sahibi olan veteranlara da sözü var: “Sabah bizim üzümüzə tüpürəcəklər ki, “Veteransız, amma heç nə etmirsiz”. AFFA-dakı veteranlar danışmır deyə orada oturublar də. Bu gün, nə Ağasəlimi, nə Şakiri, nə Vaqifi başa düşürəm. Hər üçünə hörmətim var, neçə illər bir yerdə işləmişik. Bu gün onlar tələb etməlidi. Ağasəlim, sənin şükür Allaha, böyük hörmətin var. Ağsaqqalımız, şöhrət ordenli məşqçimizsən. Səninlə fəxr edirik. Eləcə də Kazbek Tuayev, İsgəndər Cavadov. Niyə görə müzakirələri yüksək səviyyəyə çıxarıb, tələb etmirsiz? Artıq bəsdi. Milyonlar gedir, amma ortada heç nə yoxdu. Gedib xaricdən məşqçi gətirirlər. Onda gəlin belə edək. Almaniyadan təkcə məşqçi deyil, prezident, vitse-prezident də gətirək. Baxaq görək dönüş olacaq ya yox. “Material” olması üçün akademiyalar işləməlidi. Nəzarət olunmalıdı, uşaqlara vitaminlər, qida verilməlidi. Turnirlər keçirilməlidi. Futbolçu belə yetişir. Uşağa texnikanı, taktikanı, futbolun incəliklərini başa salmaq üçün səviyyəli məşqçilər lazımdı. Niyə bizdən istifadə etmirlər? Belə qocalmışıq? Vaxt var idi ki, İtaliya ilə heç-heçə edirdik, Norveç üzərində qələbə qazanırdıq, Portuqaliyadan bərabərliklə qayıdırdıq. Həmin futbolçulardı də, 40-45 yaşındadılar. İndi nə oldu, onlar işləyə bilməz? Məşqçilər qocaldıqca səviyyəsini artırır. Eləcə də futbolçular. Xaricdə 70-75 yaşlı mütəxəssislər işləyir. Niyə onları çıxarıb kənara atmırlar? Deməli, savadı, hörməti var. Amma bizi “siliblər”. Elə bil ki, Nadir Qasımov adlı məşqçi yoxdu, olmayıb. Niyə komandalara lazım olmuram? Baxın, bu gün kim düzgün işləmirsə, tutub qandallayıb aparırlar həbsxanaya. Prezidentimiz onlara qarşı lazımi tədbirləri görür. Layiq olduqlarına çatırlar. Əlbəttə, bu gün AFFA-da da yoxlamalar aparıla bilər. Ancaq bu dövlət səviyyəsində olan bir məsələdi. Biz ancaq AFFA-nın düzgün işləməməsi haqda tənqidi fikirlərimizi səsləndirə bilərik. Sistem düzgün deyil. Bu gün ölkədə nə qədər PRO kateqoriyalı məşqçilər var. Amma gedib xaricdən məşqçi gətirirlər. Gətirdikləri mütəxəssislər nə edib? Hansısa məşqçimizdən daha yaxşı nəticə veriə biliblər? Bu gün köklü dəyişikliklər etməliyik. Pul buraxırlar, çox sağ olsunlar. Amma pulların nəyə və hara xərclənməsinə nəzarət edilməlidi. Niyə bu gün Premyer Liqamızda cəmi 8, Birinci Divizionda isə 12 klub var. AFFA-dakıların öz “kruqu” var. Oturub maşınlarına, çıxıb gedirlər bağda istirahət etməyə. Camaat arasına isə biz çıxırıq. Az qalırlar bizi öldürsünlər ki, “budu sizin futbolunuz?”.
“Neftçi”nin veteran futbolçusu, AFFA Həmkarlar İttifaqının idarə heyətinin üzvü Səmədağa Şıxlarov isə rekord.az-a danışıb: “İlk vaxtdan milliyə əcnəbi məşqçinin gətirilməsinin əlehinə olmuşam. Keçən seçmə mərhələdə gətirdilər, axırını da gördük. Açıq danışmaq lazımdır. Bizdə o səviyyədə futbolçu yoxdu axı əcnəbi məşqçi də gətirək. Bu gün hansı milli ilə başabaş oynaya bilərik? Heç kiminlə. Son illər futbolumuzun səviyyəsi daha da aşağı düşüb. Təəssüf ki, bu durum heç kimi maraqlandırmır və heç kim buna əncam qılmır. 8 komandalı Bakı çempionatından biz nə qazana bilərik? Heç nə. Heç məktəb çempionatında 8 komanda ilə oynamırlar. Biz amma 8 komanda ilə oyunçu yetişdirmək, Avropada yer tutmaq istəyirik. Qeyri-mümkündür. Qonşu Gürcüstanda 4 liqa var. Bizdə neçə liqa var? Bunları kim eliyir? Olmaz axı belə. Futbolu qoyublar zibil gününə”.
Şıxlarov AFFA İcraiyyə Komitəsində yer alan futbol veteranlarını hədəf götürüb: “Azərbaycanda bu qədər mütəxəssis var, yığın onları bir araya, onlardan məsləhət alın. Yığmayın yaltaqları ora. Nə deyilir “hə” deyirlər. Ayıbdı e. 20 ildən sonra qəbrinizə söyəcəklər. Bizi də qatacaqlar sizə. Halbuki biz hadisələrdən kənardayıq. Məşqçiləri dəyişirsiniz. Arada İK üzvlərini də dəyişin də. Mafioz qrupa döndəriblər oranı. Futbolu bilməyənlər qərar verir, futbolu bilən də susub əl qaldırır. Uşaq futbolunda futboldan uzaq şəxslər işləyir. AFFA hamısına ucdantutma lisenziya verib buraxır. Futbolu elə günə salıblar ki, adam bəzən öz komandasına da azarkeşlik etmək istəmir. Özləri də əllərini ciblərinə qoyub gəzirlər. O ölkə sənin, bu ölkə mənim. Kef eliyirlər. Orda oturan futbol veteranları da qorxudan danışa bilmir. Yalandan deyirlər inkişaf var. Harda var inkişaf? Qırağa çıxardacaq normal futbolçumuz yoxdur. Varsa çıxardın ortaya göstərin. Futbolu bilməyən məşqçiləri tanışlıqla, dostluqla yığıb doldurubla ora. Hərəsi bir mafiya düzəldib. Nəvaxta kimi belə olacaq? Ölkədə nə qədər işsiz PRO kateqoriyalı məşqçi var. Onlara iş tapılmayacaqsa, həmin kateqoiyanı niyə verirsiniz? Futbolu it gününə qoymusunuz. Sonra deyirlər ki, niyə bizdən yazırlar, niyə bizi tənqid edirlər? Sən Lüksemburqu uda bilmirsənsə, səni tərifləməlidirlər? Sənin futbolçularının tərbiyəsi yoxdursa, onun nəyindən danışım, nəyini tərifləyim?”
saytlarin hazirlanmasi