"Neftçi" heyətinə yeni hücumçu cəlb edib.
Sportal.az xəbər verir ki, "ağ-qaralar" Belçikanın "Bersxot" klubunun futbolçusu Prins İbara ilə anlaşıb. 24 yaşlı futbolçu paytaxt klubunda 1 il icarə əsasında oynayacaq.
İbara karyerası ərzində Qabon, Qətər, Tunis, Əlcəzair klublarında da çıxış edib. Konqolu hücumçu 2019-cu ildən "Bersxot"da çıxış edir. Prins peşəkar karyerasında keçirdiyi 70 oyunda 19 qol vurub, 4 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi