"Qarabağ"ın oyunu bu stadionda - FOTOLAR

21:43 - 9 Sentyabr 2020

"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində Norveçin "Molde" klubu ilə oyunu Kiprin Larnaka şəhərindəki "AEK Arena"da baş tutacaq.

 

Sportal.az xəbər verir ki, stadion 2015-2016-cı illərdə inşa olunub. Arenanın açılışı 2016-cı ilin oktyabrın 17-də baş tutub. Stadionun inşası 10 milyon avroya başa gəlib və tutumu 7 400 azarkeşdir. 

 

Stadion AEK-in sabiq prezidenti Andros Karapatakisin atası George Karapatakisin şərəfinə "AEK Arena- George Karapatakis" da adlanır.

 

Meydanın ot örtüyü təbiidir. Stadionda AEK və ALİS klubları ev oyunlarını keçirirlər. 

 

Arena 2017-ci il iyunun 29-da ilk dəfə avrokubok matçını qəbul edib. AEK həmin qarşılaşmada Cəbəllütariqin "Linkoln Red İmps" klubuna 5:0 hesabı ilə qalib gəlib.

 

Sentyabrın 16-da oynanılacaq "Qarabağ" - "Molde" görüşü Bakı vaxtı ilə 21:00-da başlayacaq.

 

Xəbər xətti