"Büdcəmiz 40 faiz azalıb" - Ceyhun Sultanov

11:50 - 10 Sentyabr 2020

“Neftçi”nin əsas komandasının büdcəsi 40 faiz azaldılıb.

 

Sportal.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın idman direktoru Ceyhun Sultanov klubun kanalına açıqlamasında deyib:

 

"Azarkeşlərin istəyini anlayıram, biz də əlimizdə olan imkanlarla maksimumu etməyə çalışırıq. Danışıq apardığımız elə oyunçular var ki, 500-600 min qiyməti var. Biz onları gətirə bilirikmi? Əsas komandanın büdcəsi 40 faiz azalıb. Baqali Dabonun maaşına 4 oyunçu gətirmişik. Mən də istəyərəm milyonluq oyunçu gətirim, milyon verim, amma istəklə olmur.

 

Reallıq budur. Qabağıma qoyulub ki, büdcəmiz bu qədərdir. Bizim də istəyimiz var, lakin bundan da önəmlisi meydanda göstərilən oyundur. Futbolçunun səviyyəsi büdcə tələb edir, hamısı ona bağlıdır. Hansısa mütəxəssis “Neftçi”də hər şeyin maliyyə cəhətdən əla olduğunu deyirsə, səhv düşünür".

Xəbər xətti