"Çelsi" Batşuayini icarəyə verdi

16:46 - 10 Sentyabr 2020

"Çelsi" hücumçusu Mişi Batşuayini növbəti dəfə icarəyə verib.

 

Sportal.az xəbər verir ki, Belçika millisinin üzvü karyerasını Premyer Liqanın digər təmsilçisi "Kristal Pelas"da davam etdirəcək. 26 yaşlı forvard London klubunda mövsümün sonuna kimi icarə əsasında çıxış edəcək.

 

Batşuayi 2016-cı ildə "Marsel"dən "Çelsi"yə 38 milyon avro qarşılığında transfer olmuşdu. Belçikalı hücumçu "Borussiya" (Dortmund) və "Valensiya" klublarında da icarə əsasında çıxış edib. O, 2019-cu ildə də "Kristal Pelas"a icarəyə verilmişdi.

Xəbər xətti