Azərbaycan Premyer Liqasında II turun ilk iki oyunu üçün təyinatlar açıqlanıb.
Sportal.az xəbər verir ki, 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Sumqayıt” oyununu Rəvan Həmzəzadə idarə edəcək.
“Qarabağ”ın “ASK Arena”da “Keşlə” ilə duelində isə Səbuhi Bayramov ədaləti qoruyacaq.
Azərbaycan Premyer Liqası
II tur
11 sentyabr
"Neftçi" – "Sumqayıt"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Fərid Hacıyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
Bakı. 8-ci km stadionu. Saat 19:00.
"Keşlə" – "Qarabağ"
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Nahid Əliyev, Rövşən Rəcəbov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Hakim-inspektor: Ceyhun Haşımov.
Bakı. “ASK Arena”. Saat 21:00.