"Sumqayıt" "Neftçi"ni məğlub etdi, "Qarabağ" "Keşlə" ilə bərabərə qaldı - YENİLƏNİB

22:55 - 11 Sentyabr 2020

Bu gün Azərbaycan Premyer Liqasında II tura start verilib.

 

Sportal.az xəbər verir ki, ilk gün 2 oyun keçirilib. "Neftçi" "Sumqayıt"ı qəbul edib və 0:2 hesabı ilə uduzub. "Qarabağ" isə "Keşlə"nin qonağı olub. Qarşılaşmada hesab açılmayıb - 0:0.

 

Turun digər oyunları 12-13 sentyabrda keçiriləcək.

 

Azərbaycan Premyer Liqası, II tur

11 sentyabr

 

19:00 "Neftçi" – "Sumqayıt" - 0:2
Qollar
: Əli Qurbani, 13, 46
Qırmızı vərəqə: Anton Krivotsyuk, 83 ("Neftçi")
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Fərid Hacıyev
AFFA nümayəndəsi: Asif Əliyev
Hakim-inspektor: Rövşən Əhmədov
Bakı. 8-ci km stadionu

 

21:00 "Keşlə" – "Qarabağ" - 0:0
Hakimlər
: Səbuhi Bayramov, Eyyub İbrahimov, Nahid Əliyev, Rövşən Rəcəbov
AFFA nümayəndəsi: Seymur Səlimli
Hakim-inspektor: Ceyhun Haşımov
Bakı. “ASK Arena”.

Xəbər xətti