Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) son 5 mövsümdə dünyada ən çox vərəqə göstərilən futbol çempionatlarını araşdırıb.
Sportal.az xəbər verir ki, 87 ölkənin yüksək liqasının göstəriciləri əsasında tərtib olunan hesabatda Azərbaycan Premyer Liqası bu göstəricidə 30-cu sırada yer alıb. Çempionatımızda hər oyuna orta hesabla 4,7 sarı, 0,26 qırmızı vərəqə düşür.
Qırmızı vərəqə sayı baxımından Yaponiya (0,08), Norveç (0,10) və Malayziya (0,11) intizamı ilə fərqlənir.
Ən çox vərəqənin göstərildiyi liqa isə Boliviya çempionatıdı. Burda hər oyunda ortalama 6,32 sarı, 0,60 qırmızı vərəqə olur.
saytlarin hazirlanmasi