Peşəkar Futbol Liqasının prezidenti postuna keçiriləcək seçkinin tarixi müəyyənləşdi.
Sportal.az xəbər verir ki, seçki sentyabrın 14-ü saat 12:00-da AFFA-nın inzibati binasında baş tutacaq.
Ramin Musayev PFL-in Nizamnaməsinin 11-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq 4 il müddətinə seçilən Peşəkar Futbol Liqasının prezidenti vəzifəsinə yenidən namizədliyini irəli sürüb. PFL üzvləri tərəfindən müvafiq posta alternativ namizəd irəli sürülmədiyi üçün qurumun hazırkı prezidenti Ramin Musayev vahid namizəddir.
saytlarin hazirlanmasi