Kamran Quliyevlə Ceyhun Sultanova sərt sözlər dedi

14:25 - 12 Sentyabr 2020

"Hə, Ceyhun Sultanov... O vaxt "Xəzər"TV-də divara dirədilər səni, dilin dolaşmışdı. Yenə də köhnə yalanlarından əl çəkmədin. Bir idarəçi kimi inkişaf etmədən".

 

Sportal.az xəbər verir ki, bu sözlər futbol agenti Erkin İbrahimova məxsusdur. O, Premyer Liqanın ikinci turunda "Sumqayıt"a öz meydanında 0:2 hesabıyla uduzan "Neftçi"nin rəhbərliyini tənqid edib.

 

"Büdcə-müdcə nağılına körpə uşaqlar da inanmır. Maraqlıdır, SOCAR rəhbərliyi hara baxır? Kamran Quliyev ilə neçə ildir SOCAR çörəyini yeyirlər, hələ utanmırlar, öz bacarsızlıqlarını sponsorun üstünə atırlar.

 

Sponsor üzərinə düşəni artıqlaması ilə yerinə yetirir. Sponsor sizə demir ki, gedin, 200 minə Karikari, Sansone, İbara kimi ayağı top tutmayanları gətirin.

 

Laval "Sumqayıt"la oyunda 90 dəqiqə ərzində bir dəfə də olsa, rəqibini keçə bilmədi. "Jalqiris"də 4-5 min avroya oynamış Mamadu Mbodju yüksək maaşa "oformit" edib, normal futbolçu olmadığı halda, komandada saxlayırsız.

 

SOCAR neyləsin ki, bu işi bacara bilmirsiz? Sponsoru, ictimaiyyəti 1 il aldatmaq olar, maksimum 2 il. Axı sonda sponsor hesabat tələb edəcək. Elnur Məmmədovun, digərlərinin yaşadığı aqibət sizə məlum deyil yoxsa?

 

Əvəz olunan futbolçu yan xəttin yaxınlığında "konsert" açır, məşqçi ilə ağızlaşır. Heç həvəskarlar liqasında çıxış etmiş "Qara Bəbir" komandasında bu cür biabırçılıqlar yaşanmır!

 

Kamran Quliyev, Ceyhun Sultanov, bəli, SOCAR-ın da günahı var. O da ondan ibarətdir ki, sizin "özfəaliyyət dərnəyinizi" yoxlamır, maliyyə əməliyyatlarınızı araşdırmır. 3 il ərzində neçə-neçə səviyyəsiz legioner gəlib-gedib, onlar kimlərin xətti ilə gəliblər, və s.

 

Axı bu klubu niyə nə günə qoyduz? Büdcə nağılları danışırdız, bu da sizə "Sumqyıt"dan sərt sillə! Dubl etmiş Əli Qurbani heç illik 4 min dollar almır (Monrozdan 6 dəfə az).

 

Yoxsa Rəhim Sadıxova böyük maaş verilir? Faciəyə bax ki, 0:2-dən sonra da qola daha yaxın "Sumqayıt" oldu. "Neftçi" əvəzedici heyətin qapıçısına belə, problem yarada bilmir.

 

Füzuli Məmmədov axı kimdir ki, şanlı tarixi olan bir klubun baş məşqçisi olur? Mamadu Kaneni çıxmaq şərti ilə, yüksək ödənişli legionerlərin heç biri "Neftçi"nin formasına layıq deyil.

 

Yerli futbolçuların seçimi da uğurlu deyil. Biri "Keşlə"də ehtiyatda oturur, biri ümumiyyətlə, 2 il davamlı oynamır, gəlib "Neftçi"də əsas fiqur olur.

 

Yaxşı, Erkin futbolçu verə bilmir (əslində, "qara sxemlər"dən uzaq durduğum üçün bu klub ilə əməkdaşlıq etmirəm). Jurnalistlər qərəzlidir, PFL "Qarabağ"ın tərəfini tutur, öz azarkeşlərinizi rəsmi səhifədə "ban" edirsiz - axı hamı hər şeyi görür. Həmişə hamını aldatmaq hələ heç kimə nəsib olmayıb, ay "Neftçi" rəhbərliyi!

 

Yazıq Fatih Terimin köməkçiləri. Yəqin elə biliblər, "Neftçi" bu gün bənövşə rənqli formada idi. "Sumqayıt" topu saxlarıydı, baxımlı kombinasiyalar qururdu, komandada məşqçi işi görünür.

 

Ay "Neftçi" rəhbərliyi, iddialı komanda qurmaq üçün büdcə yox, ağıllı idarəçilər lazımdır. "Sumqayıt" bunu artıq neçənci dəfədir sizə sübüt edir".

Xəbər xətti