Son iki mövsümü icarə əsasında "Sumqayıt"da oynamış Peyman Babayinin yeni klubu müəyyənləşib.
Sportal.az xəbər verir ki, 26 yaşlı hücumçu karyerasını Cənubi Azərbaycanın "Traktor" klubunda davam etdirəcək.
İran kubokunun son qalibi bu keçid üçün onun məxsus olduğu Təbrizin digər təmsilçisi "Maşın Sazi"yə müəyyən qədər təzminat ödəyib. Transferi növbəti həftə rəsmi açıqlanacağı gözlənilir.
Peyman "Sumqayıt"da keçirdiyi 35 oyunda 13 qol vurub, 3 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi