Fransa Futbol Federasiyası PSJ - "Marsel" oyununda (0:1) baş verənlərlə bağlı sərt cəzalar verəcək.
Sportal.az "RMC Sport"a istinadla xəbər ki, matçın sonlarında "Marsel"in futbolçusu Alvaro Qonsalesin PSJ-nin hücumçusu Neymara irqçi sözlər deməsi 10 oyunluq cəzalanmasına səbəb olacaq. Neymar isə rəqibinə yumruq atdığı üçün 7 oyunluq cəzalanacaq.
Bundan əlavə, PSJ-dən Layvin Kurzava ilə Leandro Paredes və "Marsel"dən Cordan Amaviylə Dario Benedettonun da ağır cəzalanacağı gözlənilir.
saytlarin hazirlanmasi