"Qarabağ" oyuna gecikdiyi üçün cərimə olundu

15:07 - 15 Sentyabr 2020

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirildi. Sportal.az xəbər verir ki, iclasda Premyer Liqanın II turu ilə bağlı aşağıdakı qərarlar qəbul olundu:

 

“Keşlə” – “Qarabağ” oyununda “Qarabağ” klubu AFFA nümayəndəsinin əsasnaməyə uyğun verdiyi göstərişləri (texniki zonada 1 boş oturacaq və ya bunun qədər məsafə qaydasına riayət etmək) yerinə yetirmədiyi üçün klub 800 manat cərimə olunur.

 

“Qarabağ” klubu stadiona təyin olunan vaxtdan gec gəldiyi üçün klub 800 manat cərimə olunur.


“Neftçi” – “Sumqayıt” oyununda “Neftçi” klubunun 5 nömrəli futbolçusu Anton Krivotsyuk qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.


“Səbail” – “Zirə” oyununda “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.


“Sabah” – “Qəbələ” oyununda “Sabah” klubunun 14 nömrəli futbolçusu Slavik Alxasov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.


“Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.

Xəbər xətti